"Formula 1": Karlos Sayns İtaliya Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərib - FOTO

Montsada keçirilən "Formula 1" üzrə İtaliya Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adına aydınlıq gəlib.
"Ferrari" komandasından Karlos Sayns birinci olub.
"Red Bull"dan Maks Ferstappen ikinci, Saynsın komanda yoldaşı Şarl Lekler üçüncü olub.
Qeyd edək ki, İtaliya Qran-prisində əsas yarış sentyabrın 3-də baş tutacaq.

