Azərbaycanın fiqurlu konkisürəni Amerikada ISU Qran Pri yarışında beşinci yeri tutub

20-22 oktyabr tarixlərində Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Amerika Birləşmiş Ştatlarında keçirilən "Skate America" adlı ISU Qran Pri yarışında qısa və sərbəst proqramla çıxış edib.

Təmsilçimiz 12 idmançı arasaında qısa və sərbəst proqramın nəticəsinə  uyğun olaraq 237,44 xal toplayaraq 5-ci yerə sahib olub.

Müəllif: Bəhruz MƏMMƏDOV