AKAF və Türkiyənin iki federasiyası arasında əməkdaşlıq memorandum imzalandı
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə Türkiyə Kanoe Federasiyası (TKF) və Türkiyə Avarçəkmə Federasiyası (TAF) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma AKAF-ın baş katibi Fərhad Əliyev, TKF prezidenti Alper Cavit Kabakçı və TAF prezidenti Erhan Ertürk imza atıb.
Əməkdaşlıq müqaviləsinə əsasən bütün səviyyələrdə olan məşqçilərin, idmançıların məşq və təlim fəaliyyətlərini dəstəkləmək üçün hərəkətlilik, milli komandaların birgə təlim-məşq toplanışlarının təşkili, həmçinin milli federasiyaların təşkilatçılığı ilə beynəlxalq turnirlərin təşkili nəzərdə tutulub.