“Barselona” bu mövsüm keçirdiyi 14 oyunda ilk dəfə uduzub

ESTAFET/ Oktyabrın 28-də “Barselona” İspaniya çempionatının 11-ci turu çərçivəsində “el-klasiko”da evdə “Real”a 1:2 hesabı ilə məğlub olub.

Bu məğlubiyyət “Barselona”nın cari mövsümdə bütün yarışlarda keçirdiyi 14 oyunda ilk məğlubiyyəti olaraq əlamətdardır.

Kataloniyalıların top fərqi isə 31:12 nisbətindədir.

Müəllif: Natiq NƏSİROV