“Gerd Müller” mükafatının sahibi müəyyənləşdi

ESTAFET/ “Qızıl top”un təltifetmə mərasimində “Gerd Müller” mükafatının sahibi açıqlanıb.
Bu titula İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland sahib çıxıb.
Norveçli ilin ən yaxşı hücumçusu seçilib. O, bu müddət ərzində 56 qolla yadda qalıb.
