"Sərhədçi" bu mövsüm ilk qələbəsini qazanıb

5 noyabr Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun son oyunu baş tutub. İlk turda məğlub olmuş "Sərhədçi", səfərdə "Şəki" klubu ilə qarşılaşıb. Oyuna üstün başlayan sərhədçilər yekunda rəqib üzərində 81-74 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular: "Şəki" (Kris Klark - 24 xal, 5 ribaund), "Sərhədçi" (Cekson Rid - 30 xal, 5 ribaund)

Müəllif: Məsim MƏSİMZADƏ