Debütant avrokuboka qələbə ilə başladı

Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” klubu bu gün ilk görüşünü keçirib. Çelenc kubokunun 1/32 final mərhələsində komandamızın rəqibi Slovakiyanın “TJ Spartak MYJAVA” klubu olub.

GİN-nin Voleybol Mərkəzində baş tutan birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olub.

Çelenc kuboku

1/32 final (1-ci oyun)

“Xarı Bülbül Şuşa” - “TJ SPARTAK MYJAVA” 3:0 (25:23, 25:21, 27:25)

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV