Spalletti İtaliya yığmasının heyətini açıqladı

ESTAFET/ Futbol üzrə İtaliya yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün komanda heyətini açıqlayıb.

Luçano Spallettinin yetirmələrini qarşıda iki həlledici oyun gözləyir.

Noyabrın 17-də italyanlar Şimali Makedoniya yığması ilə, noyabrın 20-də isə Ukrayna kollektivi ilə qarşılaşacaqlar.

Vurğulayaq ki, hər iki oyun turnir cədvəlindəki yer baxımından ciddi əhəmiyyət kəsb edir.

Müəllif: Bəhruz MƏMMƏDOV