Favoritlərdən növbəti qələbələr

ESTAFET/ Bugün Azərbaycan Basketbol Liqasında (ABL) 6-cı turun üç oyunu baş tutub. Gəncə və Sumqayıt Olimpiya İdman Komplekslərində baş tutan oyunlarda aşağıdakı hesablar qeydə alınıb.
"Gəncə" 80 - 85 "Neftçi". Ən məhsuldar basketbolçular: "Gəncə" (Culs Mur - 22 xal, 8 ribaund), "Neftçi" ( Toraje Breyk - 21 xal, 4 asist).
"Sərhədçi" 89 - 97 "NTD-İNDİQO". Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Cəbrayıl Əkbərov - 21 xal, 4 ribaund), "NTD-İNDİQO" (Brendon Yanqer - 17 xal, 11 ribaund).
"Sabah" 107 - 89 "Cəlilabad". Ən məhsuldar basketbolçular: "Sabah" (Endar Poladxanlı - 25 xal, 4 asist), "Cəlilabad" (Camani Pirs - 19 xal, 3 ribaund).
