Çempionat oyunu voleybolçuların xəstələnmələri səbəbindən təxirə salınıb

ESTAFET/ Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül" (Laçın) - “Neftçi” oyunu təxirə salınıb.

Buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.

“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz - Kəskin Respirator Xəstəlik) müşahidə edildiyi bildirilib.

Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Matçın nə zaman baş tutacağı hələ ki bəlli deyil.

Müəllif: Bəhruz MƏMMƏDOV