PFL bir matçın başlama saatını dəyişdirdi

ESTAFET/ "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün Misli Premyer Liqasının 17-ci turunun “Səbail”  və “Qəbələ” komandaları arasında baş tutacaq oyununun vaxtı dəyişdirilib.

“Səbail”  klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırlıb.

PFL-in yekun qərarına əsasən oynanılması əvvəlcədən 17:00-da nəzərdə tutulmuş görüşün gün və məkan eyni saxlanılmaq şərti ilə saat 13:00-da baş tutmasıına qərar verilib.

Müəllif: Bəhruz MƏMMƏDOV