"Belə davam etməliyik": “Sabah”ın məşqçisi

ESTAFET/ “Sabah”ın məşqçisi Artur Olenin Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

O, 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı oyun oldu. Dominant tərəf idik. Gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Buna da baxmaq lazımdır. Ki, nəyə görə saymadılar. Futbolçuları göstərdikləri oyuna görə təbrik etdik. Belə davam etməliyik. Doğrudur. Çalışırıq ki, vəziyyəti düzəldək. Amma bəzən alınmır. Çünki rəqiblər də qalib gəlmək istəyir. Düşünürük ki, vəziyyəti düzəldəyəcəyik”.

Müəllif: Bəhruz MƏMMƏDOV