"Cəlilabad" dan ilin son oyununda kritik qələbə

23 dekabr Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 9 -cu turunun növbəti oyunu baş tutub. "Cəlilabad" doğma azarkeşləri önündə "Xırdalan" klubunu qəbul edib və rəqibi üzərində 98-90 hesablı önəmli qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Tomas Kobi - 32 xal, 11 ribaund), "Xırdalan" (Teyvion Kirk - 26 xal, 7 ribaund)

Qeyd edək ki, 9-cu turun son oyunu ("Şəki" - "NTD-İNDİQO") 24 dekabr tarixində baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ