Millimizin oyunlarının təqvimi bəlli oldu

ESTAFET/ Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

Yarış 10-14 yanvar 2024-cü il tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək.

Artıq komandamızın oyunlarının təqvimi də bəllidir:

11 yanvar 2024
23:00. Azərbaycan - Estoniya
12 yanvar 2024
20:00. Azərbaycan – Ukrayna
13 yanvar 2024
23:00. Azərbaycan – Latviya
14 yanvar 2024
20:00. Azərbaycan – Polşa

Qeyd edək ki, yarış AÇ-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV