Yığmamız Litvaya yollandı

ESTAFET/ Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası bu gün Litvanın Şaulyay şəhərinə yola düşüb.

Şahin Çatmanın rəhbərlik etdiyi komandamız Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi Litva kollektivləri ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 3-də Estoniya komandasına qarşı keçirəcək. 

Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış AÇ-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV