Yığmamızın kapitanı Amil Həmzəyevin dominant oyunu "Xəzri" yə qələbə qazandırıb

10 yanvar "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 10-cu turunun və ikinci dövrənin açılış oyunu baş tutub. "Xəzri" və "Neftçi" klubları arasında keçirilmiş oyunda, mübarizə oyunun son dəqiqlərinə qədər davam edib və yekunda "Xəzri" 86-84 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Xəzri" (Amil Həmzəyev - 22 xal, 8 ribaund), "Neftçi" (Kamran Məmmədov - 20 xal, 6 ribaund)

Qeyd edək ki, 10-cu turun növbəti oyunları ("Sumqayıt" - "NTD-İNDİQO", "Cəlilabad" - "Sərhədçi", "Şəki" - "Xırdalan", "Gəncə" - "Sabah") 12, 13 və 14 yanvar tarixlərində baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ