Həsənalızadənin komandası səfərdən xalsız döndü

ESTAFET/ Türkiyənin 1-ci liqasında 18-ci turun oyunları keçirilir.
Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Çorum”la qarşılaşıb və 1:2 hesablı məğlubiyyətə üzülüb.
Həsənalızadə bu oyunun sonunadək ehtiyatda qalıb.
“Tuzlaspor” hesabındakı 16 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
