U-17 millimiz Belarus toplanışında ikinci yoxlama görüşünü də məğlubiyyətlə tamamladı

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında Belarus seçməsi 3:0 hesablı qələbə qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV