Hava şəraiti daha bir oyunun ləğvinə səbəb oldu

ESTAFET/ “Kəpəz”in "İmişli" ilə sabaha planlaşdırılan yoxlama oyunu ləğv edilib.

Gəncə klubunun mətbuat xidmətinin məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən görüş baş tutmayacaq.

Xatırladaq ki, daha öncə “Şamaxı”nın “Araz Saatlı” ilə bu günə planlaşdırılmış sınaq matçı qar yağışı ilə əlaqədar ləğv edilmişdi.

Müəllif: Zaur HACIYEV