Olimpiadaya təsnifat xarakterli yarış Bakıda keçiriləcək

ESTAFET/ Paris Yay Olimpiya Oyunlarına təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək.
Azərbaycan Badminton Federasiyasının xəbərinə görə, “Azerbaijan International 2024” Bakı İdman Sarayında gerçəkləşəcək.
Turnir fevralın 8-11-də baş tutacaq. Yarışda dünyanın müxtəlif guşələrindən olan oyunçular öz bacarıqlarını kortda nümayiş etdirəcəklər.
