Federasiya nümayəndələri Masallı və Şirvanda
ESTAFET/ Azərbaycan Voleybol Federasiyası (AVF) nümayəndələrinin bölgələrə səfəri davam edir.
Məqsəd bölgələrdə uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsinə xidmət edir.
Yanvarın 16-17-də Masallı və Şirvan Olimpiya İdman Komplekslərində olan federasiya nümayəndələri burada voleybolla məşğul olan uşaqların məşqini izləyiblər. Mütəxəssislər idmançılara voleybol haqqında ətraflı məlumat veriblər, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıblar.
Qeyd edək ki, bundan əvvəl AVF rəsmiləri Gəncə və Tovuza səfər ediblər.