Qazaxıstanda atletimiz Lamiyə Vəliyeva bürünc medalını qazanıb

Bu gün Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarış keçirilib.

Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 8 ölkənin atletləri mübarizə aparıb. Yarışda milli komandamızın 4 üzvü iştirak edib.

Təmsilçilərimizdən Lamiyə Vəliyeva uğurlu çıxışla yadda qalıb. Vəliyeva 60 metr məsafəyə qaçışda 7.67 saniyə göstərici ilə turnirin bürünc medalını qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV