Gəncə təmsilçisi amerikalı voleybolçu ilə müqavilə bağladı

ESTAFET/ “Gəncə” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Komanda ABŞ voleybolçusu Vanessa Elena Qarsia ilə müqavilə imzalayıb.

Voleybolçu ilə müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.

Voleybolçu 2017-2022-ci illərdə ABŞ-ın “Biola University Eagle”, ötən il isə Almaniyanın “Prowin” klubunda çıxış edib.

“Gəncə” klubu mövsümün yarısında iki rusiyalı voleybolçu – Anna Balberova və Anna Dmitrieva ilə yollarını ayırıb.

Müəllif: Bəhruz MƏMMƏDOV