Azərbaycan Savat Millisi beynəlxalq turnirdən ölkəmizə 5 medal qazandırıb

ESTAFET/ Macarıstanın Budapeşt şəhərində Savat idman növünün Assault və Precombat növü üzrə ilin ilk Beynəlxalq turniri keçirilib.

Yanvarın 26-sı və 27-sində keçirilən yarışda Azərbaycan Savat Federasiyasının Milli yığma komandası millinin baş məşqçisi  Taleh Nağızadənin rəhbərliyi altında 6 idmançı ilə təmsil olunub.

 Kişilərdən ibarət milli komandanın üzvlərindən böyüklərin yaş qrupunda Assault növü üzrə  Beyrək Bağırov 85 kq çəki dərəcəsində, gənclərin yaş qrupunda Məhəmməd Məmmədli 52 kq çəki dərəcəsində, yeniyetmələrin yaş qrupunda Yusif Süleymanov 52 kq çəki dərəcəsində, Precombat növü üzrə isə gənclərin yaş qrupunda Məhəmməd Süleymanov 80 kq çəki dərəcəsində, yeniyetmələrin yaş qrupunda Ümid Zeynalov 52 kq çəki dərəcəsində təmsiı edib.

Nəticədə Azərbaycan Savat Millisi beynəlxalq turnirdən ölkəmizə 5 medal qazandırıb.

Beyrək Bağırov - Qızıl medal

Məhəmməd Məmmədli - Qızıl medal

Yusif Süleymanov - Bürünc medal

Məhəmməd Süleymanov - Gümüş medal

Ümid Zeynalov - Qızıl medal

Müəllif: Bəhruz MƏMMƏDOV