Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə yarışa qeydiyyat başlayıb

9-10 mart tarixlərində Azərbaycanda keçiriləcək Xizək Alpinizmi üzrə ISMF beynəlxalq seriya yarışının qeydiyyat prosesinə start verilib.
Beynəlxalq Xizək Alpinizm Federasiyası (International Ski Mountaineering Federation-ISMF) bu barədə öz internet səhifəsində rəsmi məlumatla bölüşüb.
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək seriya yarışları üçün qeydiyyat prosesi martın 4-ə qədər davam edəcək.
Yarışla bağlı əlavə məlumatı linkə keçid edərək tanış ola bilərsiz .
