FHN-in İdman-Sağlamlıq Klubunda karate üzrə ümumrespublika seminarı keçirilib
Seminarda Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən ictimai birliklərin 30-dan çox məşqçisi iştirak edib. 700-ə yaxın uşaq, yeniyetmə və gənc idmançı 2 saat davam edən seminarda karatenin incəlikləri ilə tanış olublar.
AKF-in vitse-prezidenti Füzuli Musayev, baş katib Qabil Sayadov, idarə heyətinin üzvü Yaşar Bəşirov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov, Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının rəhbəri Tanrıverdi Allahverdiyevin rəhbərliyi ilə keçirilən seminarın məqsədi karatenin kütləviliyinə nail olmaqdır.