“Klopun işinə qayıdacağına demək olar ki, əminəm”: Qvardiola

ESTAFET/ “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda Mersisayd klubunu tərk edəcək “Liverpul”un baş məşqçisi Yurgen Klopp haqda danışıb.
İspan mütəxəssis bu barədə aşağıdakı fikirləri ifadə edib:
“Demək olar ki, əminəm ki, Yurgen qayıdacaq. Nə vaxt olduğunu bilmirəm, ancaq özü bilir. Klopp bir az dincələcək, rahatlaşacaq, sonra nə edəcəyini düşünəcək”.
