"Milan" satılmır
ESTAFET/ “Milan”ın sahibi Cerri Kardinale Səudiyyə Ərəbistanı Suveren Fondunun (PIF) “rossoneri”nin nəzarət paketini əldə etmək istəməsi ilə bağlı yayılan xəbərləri cavablayıb.
“Mən “Milan”da uzun müddətəyəm və hər şey məndən asılı olsaydı, həmişəlik burada qalardim. Hazırda Yaxın Şərqdə çoxları idmana sərmayə qoymaqda maraqlıdır və biz mütləq tərəfdaşlarla əməkdaşlığa açığıq. Onlar bizə ya sponsor, ya yeni stadionun tikintisində tərəfdaş, ya da minoritar səhmdar kimi qoşula bilərdilər, amma dediyim kimi, nəzarət paketini satmaq fikrim yoxdur”.