Bədii gimnastlarımız Almaniyada medal qazanıb

Azərbaycan millisi Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə keçirilən "Gymnastic International 2024" beynəlxalq turnirində ilk medalını qazanıb.
Gənc gimnastlarımız Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı komanda hesabında fəxri kürsüyə yüksəliblər.
Onlar "Gymnastic International 2024"də bürünc medal qazanıblar.
