Millimizin voleybolçusu İndoneziya klubuna keçdi
ESTAFET/ Türkiyənin "Ankara Karayolları” klubu ilə yollarını ayıran Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını İndoneziyada davam etdirəcək.
"Jatim.pikiran-rakyat" nəşrinin xəbərinə görə, 33 yaşlı oyunçu "Qresik Petrokimiya" ilə anlaşıb.
Rəhimova daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliyada legioner həyatı yaşayıb.