UEFA “Qarabağ”a növbəti dəfə ödəniş etdi

ESTAFET/ UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
AFFA-nın rəsmi saytının xəbərinə görə, Ağdam klubuna Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro verilib.
Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
