Poznan Avropa Kubokunun ilk yarış günü 3 cüdoçumuz tatamiyə çıxacaq

13 apreldə Polşanın Poznan şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə gənclər arasında Avropa Kubokunun ilk yarış günü keçirilir.
Turnirin ilk günündə qızlar arasında 3 çəki dərəcəsində 3 cüdoçumuz tatamiyə çıxacaq.
-63 kq. çəkidə Leyla Atayeva, -70 kq. çəkidə Pərvanə Abdullayeva və +78 kq. çəkidə Nigar Süleymanova medallar uğrunda mübarizə aparacaq.
İlkin görüşlər saat 11:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
