UEFA “İsrail məsələsi”ni yenə təxirə saldı

UEFA, Fələstinə qarşı hərbi əməliyyatlar apardığına görə İsraili təşkilatın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırmaq haqda məsələyə dair qərarını növbəti dəfə təxirə salıb.

Bu, UEFA tərəfindən İsrailə “sülh üçün bir imkan” yaratmaq məqsədilə gerçəkləşdirilib.

UEFA-nın qərarına, bu həftə ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahunun, “sülh planı” çərçivəsində görüşünün təsir etdiyi vurğulanır.

Müəllif: Orxan NOVRUZOV