Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

ESTAFET/ Aprelin 19-21-də Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytının xəbərinə görə, fərdi proqramda Zöhrə Ağamirova bacarığını göstərməyə çalışacaq.

Bundan əlavə, yarışda Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət milli qrup hərəkətləri proqramı üzrə çıxış edəcək.

Dünya Kubokunda 42 ölkə idmançılarının mübarizə aparacağı gözlənilir.

Müəllif: Bəhruz MƏMMƏDOV