Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı - ÇL

ESTAFET/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb.

Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Yen Matsenin 1/4 final mərhələsində “Atletiko” ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.

22 yaşlı niderlandlı oyunçu komanda yoldaşı Niklas Fullkruq, həmçinin Vitinya (PSJ, Fransa) və Coşua Kimmixlə (“Bayern”, Almaniya) mübarizədən qalib ayrılıb.

“Atletiko” üzərində cavab görüşündə 4:2 hesablı qələbə qazanan “Borussiya” yarımfinala yüksəlib. Komandalar arasında Madriddəki ilk qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanmışdı. “Borussiya”nın yarımfinaldakı rəqibi Fransa çempionu PSJ olacaq.

Müəllif: Natiq NƏSİROV