Qadınlar arasında stend atıcılığının səngər növündə final mərhələsinə yekun vurulub

Penni Smit (Avstraliya), Safiye Temizdemir (Türkiyə), Raşel Leiganne Tozyer (ABŞ), Aeriel Alease Skinner (ABŞ), Erika Sessa (İtaliya) və Ray Bassilin (Livan) mübarizə apardığı həlledici mərhələdə Asiyanı təmsil edən atıcı qalib adını qazanıb.

50 atışdan 44-nü dəqiq yerinə yetirən Ray Bassil qızıl medal əldə edib. Penni Smit 40 halda hədəfi dəqiq tuşlayaraq gümüş medala yiyələnib. İtaliyanı təmsil edən Erika Sessa “bürünc”lə kifayətlənib (34 dəqiq atış).

Müəllif: Bəhruz MƏMMƏDOV