"Görmə məsafəmdə müəyyən problemlər yarandı": Josefin Eder

ESTAFET/ Yarış başa çatandan sonra üçüncü yerin sahibi Josefin Eder finalla bağlı fikirlərini dilə gətirib:

“Qızıl medal qazanmaq istəyirdim. Yarışlar, işıqlandırma sistemləri, atış mərkəzləri, hətta iştirak etdiyin günlər belə, fərqli olur. Görünür, bugünkü rəqiblərim məndən daha hazırlıqlı idi. Görmə məsafəm də müəyyən problemlər yarandı ki, bu, daha çox xal qazanmağımı əngəllədi.

2024-ci ilə yaxşı başlamışam. Rio de Janeyroda “qızıl” qazanmışdım, Bakıda “bürünc”ə sahib oldum. Paris-2024 Olimpiadasında hədəfim ölkəmiz adına medal qazanmaqdır.

Azərbaycana artıq neçənci səfərim olduğunu unutmuşam. Bakı gözəlliyi ilə seçilən şəhərdir, yerli təamlar xoşumuza gəlir, ən əsası, yarışlar yüksək səviyyədə təşkil olunur. Hər dəfə eyni gözəllikləri görməkdən zövq alırıq”.

Müəllif: Bəhruz MƏMMƏDOV