Qadınlar arasında stend atıcılığının dairəvi növündə final mərhələsi baş tutub

Bu gün qadınlar və kişilər arasında stend atıcılığının dairəvi növündə final mərhələsi baş tutub.

Qadınlar arasında yarışda təcrübəli Danka Bartekovanın qalib olacağına ümid bəslənilsə də, slovakiyalı atlet bürünc medala layiq görülüb. “Qızıl” uğrunda mübarizədə ABŞ-ı təmsil edən Ousten Smitlə italyan Martina Maruzzo münasibətlərinə aydınlıq gətirib. Yarışboyu inamlı çıxışı ilə seçilən Smit qızıl medala yiyələnib. Maruzzo gümüş medal qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV