"Bakı mənim üçün etimadı gücləndirən yerdir" Ousten Smit

Bakıda keçirilən Dünya Kuboklarında ardıcıl 3-cü dəfə qızıl medal qazanan Ousten Smit atıcı qalibiyyətlə bağlı düşüncələrini bölüşüb:

“Bakı mənim üçün etimadı gücləndirən yerdir. İllərdir beynəlxalq yarışlarda mübarizə aparıram və hər dəfə Bakıdan qızıl medalla qayıdıram. Bu uğur mənə əlavə motivasiya verir. Qazandığım medalı hər zaman yanımda olaraq mənə dəstək verən, uğurlarım üçün dua edən anama və atama həsr edirəm.

Medal uğrunda mübarizədə Danka Bartekova ən təhlükəli rəqibim idi. O, mən və mənim kimi gənc stend atıcılar üçün ideal olub. Dankanı uşaq yaşlarımdan tanıyıram və izləyirəm. Etiraf edim ki, hər dəfə ondan ehtiyat etmişəm.

Finalboyu inamlı görünməyimin sirri nə idi? Bu, mental məşqlərin nəticəsidir. Atıcılıq 10 faiz fiziki, 90 faiz psixoloji hazırlıq tələb edir. Həlledici mərhələdə psixoloji baxımdan özümü idarəetmə bacarığı məndə əminlik yaradırdı”.

Müəllif: Bəhruz MƏMMƏDOV