"Bir gün Bakıda qızıl medal da alacağam" Klemen Besua

Mükafatlandırma mərasimindən sonra Klemen Besua təəssüratlarını bölüşüb:

“Sona qədər diqqətli olmağa çalışdım. Həlledici mərhələdə büdrəməyimin səbəbi rəqibimin 5 atışın hamısını dəqiq yerinə yetirməsinə görə oldu. O, bacardı, mən isə yox. Bu cür anlarda daha diqqətli olmaq lazımdır.

Qızıl medal almaq üçün həvəsli idim. Çünki buna qədər Bakıda bürünc və gümüş medallara sahib olmuşdum. Çox istəyirdim “qızıl” da alım. Bu dəfə də istəyimə çatmadım. Eybi yox, növbəti səfərimdə bacararam.

Bakı sevdiyim şəhərlərdəndir. Atıcılıq mərkəzindəki final zalı da möhtəşəmliyi ilə diqqət çəkir. Bəlkə də buna görədir ki, hər dəfə buradan medalla qayıdıram. Bir gün Bakıda qızıl medal da alacağam”.

Müəllif: Bəhruz MƏMMƏDOV