Pirallahi Adasında Klassik “Yarı” IronWind 113 Triatlonu Başladı

Mayın 26-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Feferasiyası, “Triterra Baku Triathlon Club” və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Pirallahı adasında “IronWind” seriyasından Cənubi Qafqazda növbəti və ən uzun triatlon yarışı olan klassik “yarı” IronWind 113 turniri start götürüb.

Yarış iştirakçıları üzgüçülük üzrə 1,9 km, velosiped yarışında 90 km, qaçış mərhələsində isə 21,1 km məsafə qət edəcəklər. Fərdi və estafet formatında keçirilən turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya, Belarus, Böyük Britaniya, BƏƏ, Ukrayna, İrlandiya və Gürcüstandan ümumilikdə 200 idmançı gücünü sınayır.

Turnirin məqsədi triatlon idman növünü tanıtmaq və daha çox insanı sağlam həyat tərzinə cəlb etməkdir. Yarış boyunca iştirakçılar həm güclərini, həm də dözümlülüklərini nümayiş etdirəcəklər. Tədbir iştirakçıları yarışın təşkilatçılarına yüksək səviyyədə hazırlıq və dəstək üçün minnətdarlıqlarını bildiriblər.

Pirallahıda keçirilən bu triatlon yarışı, regionda triatlon idman növünün inkişafına və populyarlaşmasına böyük töhfə verəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV