Xeyriyyə qaçışı: Wings for Life World Run 2025-ə qeydiyyat başladı!

Dünyanın ən böyük qaçış tədbiri Wings for Life World Run 2025-cü ildə geri qayıdır. Qaça bilməyənlər üçün qaçan minlərlə insana qoşul!

Wings For Life World Run qaçışçıları və əlil arabası istifadəçilərini dünyanın hər yerində xeyriyyə məqsədi ilə bir araya gətirir.

İştirakçılar öz sürətləri və hədəfləri ilə qaçaraq onurğa sütunu xəstəliklərinin müalicəsi üçün dəstək olurlar. Üstəlik, iştirak haqqından toplanan vəsaitin 100%-i bu araşdırmalara yönəldilir.

Wings for Life World Run 2025 üçün qeydiyyat artıq açıqdır!

Qeydiyyatdan keç və dünyanı daha yaxşı bir gələcəyə doğru dəyişdirən bu qaçışa sən də qoşul.

Müəllif: Bəhruz MƏMMƏDOV