Milli Qəhrəman Ənvər Arazovun şərəfinə Gəncədə karate turniri keçirildi

Gəncə şəhərində Milli Qəhrəman polkovnik Ənvər Arazovun xatirəsinə həsr edilmiş açıq karate turniri keçirilib. Turnirin rəsmi açılış mərasimində Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov, Parakarate Komitəsinin sədri Rənad Əliyev iştirak ediblər. Yarışda ümumilikdə 194 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Bu tədbir, gənclər arasında idman sevgisini artırmaq və Milli Qəhrəman Ənvər Arazovun xatirəsini yad etmək məqsədilə təşkil olunub. Yarış iştirakçılarına və qaliblərə diplomlar və medallar təqdim edilib. Turnirin keçirilməsi, həmçinin bölgədə idmanın inkişafına və gənclərin sağlam həyat tərzinin təşviqinə dəstək verməyi hədəfləyir.

Müəllif: Bəhruz MƏMMƏDOV