Azərbaycan gimnastları Nissen Kubokunda 4 medal qazanıblar

İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen Kubokunda Azərbaycan idmançıları 4 medal qazanıblar.

Fərdi çıxışlarda Ammar Baxşalıyev qızıl, Samirə Hüseynova bürünc medala yiyələnib.

Sinxron çıxışlarda isə Əli Niftəliyev - Ammar Baxşalıyev cütlüyü qızıl, Ayan Şabanova - Samirə Hüseynova dueti isə bürünc medala sahib çıxıb.

Müəllif: Bəhruz MƏMMƏDOV