Seçmə mərhələ: Azərbaycan millisi Türkiyə yığmasını qəbul edəcək

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda Türkiyə yığmasını qəbul edəcək. “Liv Bona Dea Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Matçın baş hakimi danimarkalı Nanna Andersen olacaq.

Milli komanda səfərdə qardaş ölkəyə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qrup mərhələsinin ilk üç turundan sonra Türkiyə seçməsi 6 xalla ikinci, Azərbaycan yığması isə 1 xalla sonuncu – dördüncü pillədə yer alıb.

Müəllif: Bəhruz MƏMMƏDOV