“Kəpəz” komandası müdafiəçi ilə yollarını ayırıb

“Kəpəz” klubunda ayrılıq reallaşıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, “sarı-göylər” müdafiəçi Vüsal Məsimovla vidalaşıb. Onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.
V. Məsimov Premyer Liqa ilə yanaşı, I Divizionda da "Kəpəz"in şərəfini qoruyub.
