AVRO-2026 Seçmə Mərhələsi: Azərbaycan Millisi Belçikaya qarşı gərgin oyunda məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Fərid Cəlalovun rəhbərlik etdiyi komandamız Bakıda Belçika yığması ilə üz-üzə gəlib.

Bu gün GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar üstün başlayıblar.  Təşəbbüsü sonadək qoruyan rəqib komanda meydandan quru hesablı qələbə ilə ayrılıb. Beləliklə, yığmamız yarışdakı ikinci matçında 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz AVRO-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə B qrupunda mübarizə aparır. Yarışın formatına uyğun olaraq komandaların digər iki qarşılaşması 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

2026 Avropa çempionatı (təsnifat mərhələsi)

B qrupu

24 avqust

Azərbaycan - Belçika 0:3 (17:25, 12:25, 19:25)

17 avqust 2024 (Avstriya)

Avstriya - Azərbaycan 3:0 (25:16, 25:23, 25:14)

Müəllif: Bəhruz MƏMMƏDOV