MƏCİDOV DA ÖZÜ ÜÇÜN DÇ MEDALINI TƏMİN ETDİ
ESTAFET/ Xəbər verdiyimiz kimi Hamburqda (Almaniya) boks üzər Dünya çempionatı davam edir. Dünyanın seçilmiş 280 boksçusu burada 9 gün ərzində 10 çəki dərəcəsində ən güclüləri müəyyən edəcəklər.
 

Bu gün mundialda 5-ci döyüş günü idi. Xəbər verdiyimiz kimi, günorta seansında Kamran Şahsuvarlı 75 kq çəki dərəcəsində yarımfinala çıxmaqla minimum bürünc medalı təmin etmişdi.

 

Axşam seansında rinqə çıxan ikiqat Dünya çempionumuz Məhəmmədrəsul Məcidov ən ağır çəki dərəcəsində fransız boksçu Camiliddin Abudu-Moindzeni məğlub edərək (3:2) adını yarımfinala yazdırıb və mundial medalını təmin edib. Yarımfinalda Məcidovun rəqibi Avstraliya təmsilçisi Josef Qudall olacaq və döyüş sentyabrın 1-i axşam seansında baş tutacaq.