Mingəçevirdə "Kürü keçək?!" açıq suda üzmə yarışı keçirilib

Avqustun 31-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə "Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib.
Su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış Mingəçevirdə, Kür sahilində baş tutub. Ölkəmizin bütün rayon və şəhərlərindən ümumilikdə 500-dək kişi və qadın iştirakçı Kür çayının iki sahili arasında 300 metr məsafəni üzüblər.
Bu açıq suda sayca 4-cü yarışdır. İlk dəfə Bakıda “Xəzər dalğası” adı ilə 2022-ci ildə keçirilib. Yarış “Kürü keçək?!” adı ilə 3-cü dəfədir Mingəçevirdə, Kür sahilində təşkil edilir.
Maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı iştirakçılar olublar:
13-17 yaş (qızlar)
1. Vlastilina Xasyanova
2. Zəhra Cavadzadə
3. Xumar Mustafayeva
13-17 yaş (oğlanlar)
1. Oqtay Hüseynov
2. Timur Beker
3. Əli Rzazadə
18-23 yaş (qızlar)
1. Fatimə Alkərəmova
2. Leyla Abduləzizova
3. Milanə Xəlilova
18-23 yaş (oğlanlar)
1. Yuriy Pribok
2. Vəkil Vəkilov
3. Kənan Qurbanlı
24-35 yaş (qızlar)
1. Tuqu Əbdül-zadə
2. Gültəkin Kərimova
3. Nazpəri Məmmədzadə
24-35 yaş (oğlanlar)
1. Cəfər Məmmədov
2. Roman Vladika
3. Hüseyn İsmayılov
36-55 yaş (qadınlar)
1. Yana Xasyanova
2. Yama Əmcədi
3. Rəbiyyə Orucova
36-55 (kişilər)
1. Denis Novotorjin
2. Ramil Məmmədov
3. Qubad Məmmədov
56-70 yaş (qadınlar)
Alyona Dımçenko
56-70 (kişilər)
1. Pyotr Kuvşınov
2. Azər Babayev
3. Nazim Məmmədov
71 yaşdan yuxarı (qadınlar)
Yekaterina Xasyanova
71 yaşdan yuxarı (kişilər)
Vaqif Nəsibov
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar və digər şəxslər təqdim ediblər.
