Azərbaycan fiqurlu konkisürəni beynəlxalq yarışda gümüş medal qazanıb

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Qazaxıstanın Astana şəhərində keçirilən Denis Ten Memorialında gümüş medal qazanıb.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.

İdmançı qısa və sərbəst proqram üzrə çıxış edib. O, 12 idmançı arasında 246.00 xal toplayaraq 2-ci yeri tutub.

Müəllif: Bəhruz MƏMMƏDOV